Aparıcı auditor vakansiya 2023

04 Mart 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Azersun Holding iş elanı 2023

Tələblər:
Ali təhsilli olmalı (Mühasibat uçotu və audit, idarəetmə, maliyyə, sənayenin təşkili və idarə olunması, iqtisadiyyat, biznesin idarə edilməsi, statistika, beynəlxalq münasibətlər sahəsində)
Mühasibat, maliyyə, insan resursları və ya audit sahəsində ən azı 4 il iş təcrübəsi olmalı
Sahənin fəaliyyətini tənzimləyən normativ akt, əmr, qərar və sərəncamları bilməli
Daxili əmək intizamı qaydalarını bilməli
Əmək qanunvericiliyinin əsaslarını bilməli
İngilis dili biliyi üstünlükdür
İş haqqında məlumat:
Təsərrüfat subyektinin bütün fəaliyyətinin normativ-hüquqi aktlara və təsdiq edilmiş daxili prosedurlara, qaydalara, əsasnamalərə uyğunluğunu yoxlamaq. Həyata keçirilən qiymətləndirilmə sonuclarına əsasən səmərəliləşdirici təkliflər vermək
Qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə təşkilati prosedurları və siyasətləri təhlil etmək
Təşkilati proseslərin güclü və zəif cəhətlərini təhlil etmək, habelə cari və gələcək imkanlar da daxil olmaqla fəaliyyət planına tövsiyələr vermək
Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirmək və tövsiyələr vermək
Nəzarət sahəsindəki boşluqların, təkrar səylərin, normativ-hüquqi sənədlərin, idarəetmə siyasətlərinin tələblərinin pozulması, saxtakarlıq (dələduzluq) hallarının, nöqsan və çatışmazlıqların aşkar edilməsi məqsədi ilə məlumatlar toplamaq və təhlillər aparmaq
Daxili audit fəaliyyətləri ilə bağlı işçi sənədlərin hazırlanması, keyfiyyətin təmin edilməsi, arxivləşdirmə və sənədləşmə proseslərinin aparılması
Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim etmək
Holdinqin risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin səmərəliliyi və adekvatlılığını sistemli və ciddi bir yanaşma ilə dəyərləndirmək və təkmilləşdirmək
Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi
Meydana çıxan kənar təsir amillərini nəzərə almaq və alternativ hədəflər müəyyən etmək məqsədi ilə fəaliyyət planına düzəliş etmək üçün təkliflər vermək
Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların ) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlər etmək üçün təkliflər vermək
Rəhbərliyin tapşırığı əsasında növbədənkənar (xüsusi) yoxlamalar keçirmək
İş Yeri: Bakı şəhəri

İş Qrafiki: Həftə içi 5 gün

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.