İş haqqında
Music Gallery iş elanları
Music Gallery şirkəti 1993-cü ildə Azərbaycanda yaradılan ilk məişət və elektronika texnikası üzrə mağazalar şəbəkəsidir. Şirkətin məqsədi Bakıda və Azərbaycanda elektronika və məişət texnikası, peşəkar səs və musiqi alətləri aparıcı milli mağazalar şəbəkəsi kimi uğur və tanınmağa nail olmaqdır. Hal-hazırda mağazalar şəbəkəsinin Bakı şəhərində 7 filialı yerləşir.
Baş satış məsləhətçisi nə iş görür?
Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək
Müştərilərə xidmət, onlara malların xarakteristikası üzrə müştərilərə xidmət qaydalarına uyğun şəkildə məlumat vermək
Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq
Qoyulmuş satış hədəflərinə çatmaq
Mağaza müdirinin sərəncamı ilə inventarizasiyanın keçirilməsində iştirak etmək
Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək
Hansı özəlliklərə malik olmalıdır?
Ali və ya orta təhsil
Sahə üzrə minimum 3 il iş təcrübəsi arzuolunandır
Yüksək səviyyədə azərbaycan və rus dili biliyi
Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı
Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı