İş haqqında
Vəzifə öhdəlikləri:
Sayt üzərindən və sosial səhifələrdən daxil olan sifarişləri qeydə almaq;
Satışla əlaqəli şirkətin qayda və prosedurlarını müvafiq olaraq tətbiq etmək;
Müştəri sifarişlərinin əsas anbardan yoxlanılaraq təhvil alınması;
Müştəriləri gülərüzlə salamlamaq, hər bir müştəriyə məhsul təhvili proseduruna uyğun xidmət göstərmək və müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq;
Sifarişlərin vaxtında, təhlükəsiz və səliqəli şəkildə müştərilərə çatdırılmasını təmin etmək;
Çatdırılma zamanı müştərilərin suallarını və rəylərini cavablamaq;
Müştərilərlə münasibətdə şirkətin imicinə uyğun olaraq öz vəzifələrini peşəkarcasına və nəzakətlə yerinə yetirmək;
Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, müştəri loyallığını qorumaq;
Sifarişlərin çatdırılması nəticəsində yaranan bütün nağd əməliyyatlara görə cavabdeh olmaq;
Məlumatların daxil edilməsi və müştəri müraciətlərinin cavablandırılması;
Onlayn Satış üzrə müvafiq hesabatların hazırlanması (Çatdırılmış sifarişlərin sayı, detalları, müştərilərin istəkləri və rəyləri haqqında məlumatlar);
Namizədə tələblər:
Yüksək iş etikası
Effektiv kommunikasiya bacarığı
Azərbaycan dili və rus dili sərbəst, ingilis dili üstünlükdür
Satış/müştəri xidmətləri sahəsində minimum 2 il təcrübə
Yaş həddi: 20-35
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılır
Əmək haqqı: 600 AZN + Bonus
İş rejimi: Bazar Ertəsi – Şənbə
Çatdırılmaları həyata keçirmək üçün şirkət hesabına taksi təmin olunacaqdır