İnsan Resursları üzrə Mütəxəssis iş elanı 2023

15 Fevral 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Tələblər:
Ali təhsil;
Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilməli;
MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
Kadr kargüzarlığı sahəsində minimum 1 il təcrübəsi olmalıdır;
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
Vəzifə öhdəlikləri:
Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin tamlığının yoxlanılması, işçilərin şəxsi işlərini formalaşdırmaq və qorunmasını təmin etmək;
Əmək müqaviləsinin işəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması, xitam verilməsi və xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təmin etmək;
Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsinin sənədləşdirilməsini təmin etmək;
Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması, əmək müqavilələrinin, əmrlərin, digər rəsmi sənədlərin saxlanılmasını təmin etmək;
İşçilərin əmək fəaliyyəti haqqında sənədin və müvafiq ödənclərin haqq-hesab sənədlərinin tərtib olunması, işçiyə arayışların, xasiyyətnamənin hazırlanmasını təmin etmək;
Elektron imza ilə kadr kargüzarlığına aid hər bir əməliyyatın e-gov.az elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;
Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsinin sənədləşdirilməsini təmin etmək;
Maddi məsuliyyət və onun həlli yollarının sənədləşdirilməsini təmin etmək;
Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin sənədləşdirilməsində iştirak etmək;

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.