İş haqqında
Əsas vəzifə öhdəlikləri:
• Şirkətə aid Sosial Media hesablarının (Instagram,Facebook,) idarə edilməsi
• Sosial media reklamları və büdcəsinin idarə edilməsi (Meta Ads Manager üzrə bilik)
• Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsi
• Səhifəyə gələn sorğuların cavablandırılmasını təmin etmək və ya müvafiq şöbələrə yönləndirmək
• Sosial şəbəkələr üçün dizayn proqramlarında Postlar-ın yığılması və onlara mətnlərin hazırlanması
• Kontentləri sayt və səhifələrin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və sərbəst işləməyi bacarmaq
• Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
• Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək
• Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər hazırlamaq
İş şərtləri:
• İş vaxtı 09:00 – 18:00
• İş günü I-VI (Şənbə günü 09:00 – 13:00) – (Bazar günləri, dövlət bayramları və hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı 450-500 – AZN
Maraqlanan şəxslər öz CV formalarını məktubun mövzu bölməsində, vakansiyanın adını “SMM mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilər.