Kredit mütəxəssisi üzrə təcrübə proqramı

09 Sentyabr 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

GL ASC-dən Bakı, Quba, Qusar, Xaçmaz, Xudat və Şabran filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı
Karyeranızı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarığınızı inkişaf etdirmək istəyirsinizsə, sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Öhdəliklər:
• Təlimlərdə aktiv iştirak etmək
• Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
• Təlimçi və mentorla interaktiv işləmək
• Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
Tələblər:
• Yaşı 18-dən 30-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
• Karyerasını satış işində görmək
• Öyrənməyə açıq olmaq
• Hədəflərlə işləməyi bacarmaq
• Pozitiv ünsiyyət bacarığı
• Komandada işləməyə meyilli olmaq
Sizə nə vəd edirik:
• Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
• Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
• Ə/h+bonus
• Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.
• Maraqlanan şəxslər [email protected] ünvanına “təcrübə proqramı (müvafiq region üzrə)” yazaraq cv-lərini göndərə bilərlər.