İş haqqında
Reklam və satış menecer tələb olunur.
İş barədə məlumat
• Bazarın araşdırılması və yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə istehsalat haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
Namizəddən tələblər:
– Müştəri xidməti, sosial media idarəçiliyi və digər əlaqəli sahələrdə iş təcrübəsi
– Yüksək ünsiyyət bacarıqları
– Təşəbbüskarlıq, kreativlik və dürüstlük
– MS Office proqramlarında sərbəst işləmək bacarığı
– Azərbaycan və rus ( arzuolunan) dillərində səlis danışıq bacarığı
Qeyd: Daim öz üzərində çalışan, bilik və bacarıqlarını mütəmadi artıran, sektorun yeniliklərini izləyən və inkişaf etmək niyyətində olan namizədlər üçün qısa müddətdə karyera yüksəlişi imkanı mövcuddur.
Namizədlər CV-lərini [email protected] adresinə göndərsin. Qeyd olunan nömrə ilə əlaqə saxlasın.