İş haqqında
Tələblər:
• Yaş: 30-45;
• Təcrübə: Yük maşınlarının idarə olunmasında 1-3 il təcrübə;
• Sürücülük vəsiqəsi: B və C kateqoriyası mütləqdir (D kateqoriyası üstünlükdür);
• Şəhər ətrafı əraziləri yaxşı tanımalı;
• İşində dəqiq və məsuliyyətli olmalı.
Vəzifə öhdəlikləri:
• Şirkətin anbarından dərman preparatlarının və ləvazimatların şəhər və bölgələrdəki apteklərə çatdırılmasını və təhvil-təslimini təmin etmək;
• Yol hərəkəti qaydalarına riayət edilməsi;
• İdarə edilən avtomobilin sazlığına və səliqəliliyinə daim nəzarət edilməsi;
• Tapşırıqların vaxtında və dəqiq icra olunması.
İş şəraiti:
İş qrafiki: 08:30-17:30
Əmək haqqı: 650-700 AZN (Gross)
Ünvan: 1. Bakı dairəvi yol, Meyvəli bazarın yanı
Ünvan: 2. Nərimanov rayonu, Asif Məmmədov 30
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.