Məhsul üzrə menecer

16 Noyabr 2023
Müraciət et

Vakansiyaya müraciət formu

CV-ni yüklə (doc, docx, pdf)

İş haqqında

Tələblər:
1. Yaş: 20-45;
2. Tibb üzrə ali təhsil;
3. Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
4. Azərbaycan dilində səlis danışıq və yazma bacarığı;
5. Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür;
6. Komandada işləmə bacarığı;
7. Peşəkar ünsiyyət qurma bacarığı;
8. İnkişafa və öyrənməyə meyilli;
9. MS Office proqramları ilə işləmə bacarığı;
10. Analitik təfəkkür;
11. İşində dəqiq və məsuliyyətli;
12. Yüksək səviyyədə təqdimat bacarığı;

Vəzifə öhdəlikləri:
1. Məhsulun satışının planlaşdırılması – bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması;
2. Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;
3. Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;
4. Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması
5. Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi;
6. Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması;
7. Mütəmadi olaraq təqdimatların aparılması, konfransların, dəyirmi masaların və vebinarların təşkili;
İş şəraiti:
• Əmək haqqı: 1600 Azn + Bonus sistemi mövcuddur.
• İş qrafiki: I-V günlər 09:00-dan 18:00-dək
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində ” Məhsul üzrə menecer ” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.